Tatlısəsi güllələyən şəxsin cəzası bilindi - 30 il

DÜNYA
21:30 / 18.03.2021
965

Türkiyəli müğənni İbrahim Tatlısəsi güllələyən Abdullah Uçmakın məhkəməsi sona çatıb.

HİT.az xəbər verir ki, 2011-ci ildə sənətçini başından yaralayan A.Uçmaka "qəsdən adam öldürmək" maddəsi ilə 30 il həbs cəzası verilib.

Qeyd edək ki, hadisə 14 mart 2011-ci ildə baş verib. İbrahim Tatlısəs axşam saatlarında İstanbulun Şişli bölgəsində güllələnib. Sənətçi və köməkçisi Buket Çakıcı naməlum avtomobildən atəşə tutulub. İbrahim Tatlısəs başından, köməkçisi qarın nahiyəsindən güllə yarası alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. İki dəfə əməliyyat olunan müğənninin vəziyyəti uzun müddət ağır olub. 28 martda sənətçinin həyati təhlükəsi aradan qalxıb.

 

1