Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib və bunun Rusiya və ABŞ xalqları üçün maraqlı olacağını bildirib.
HİT.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu V.Putin “Rossiya 24” telekanalının efirində deyib.
“Mən indicə bu barədə düşündüm. Keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs prezident Baydendən gəldi. Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək, bu da onlayn adlanır. Hər hansı ləngimə olmadan, ancaq birbaşa canlı müzakirə. Mənə elə gəlir ki, bu, Rusiya xalqı, ABŞ xalqı və bir çox digər ölkələr üçün də maraqlı olacaq”, - deyə Putin bildirib.
Putin cümə və ya bazar ertəsi Baydenlə danışmağa hazır olduğunu açıqlayıb.
Rusiya prezidenti, amerikalı həmkarı ilə “qiyabi dalmamaq” üçün münasibətləri davam etdirməli olduqlarını söyləyib.
Qeyd edək ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ölkə prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Cozef Baydenin danışıqlarına hazırlıq görməyə başlayıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.