Ötən gün martın 18-də Rusiya və Belarusun Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə qərargah təlimləri başa çatıb. Təlimlər çərçivəsində Rusiya hava-kosmik qüvvələrinin aviasiyasının Belarus aerodromlarına yerdəyişməsi sınaqdan keçirilib. Təlimlər zamanı Qarabağdakı və Suriyadakı döyüş əməliyyatlarının təcrübəsi də nəzərə alınıb.
Bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında deyilir.
Konkret olaraq təlimlərdə Rusiya-Belarus birləşmiş qoşun qruplaşmasının müdafiə xarakterli əməliyyatlarında HHQ və HHM qüvvələrinin tətbiqinin planlaşdırılması həyata keçirilib.
Virtualaz.org