ABŞ-ın Atlanta şəhərində yerləşən 3 kurort mərkəzinə ayrı-ayrılıqda edilən hücumlar 8 nəfərin ölümü ilə nəticələnib.
HİT.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər Şərqi Asiya mənşəli qadınlar olub.
ABŞ Federal Polis İdarəsi keçən il təqdim etdiyi hesabatda il ərzində şərqi asiyalılara qarşı ümumilikdə 4 mindən çox müxtəlif xarakterli cinayət aktının törədildiyini vurğulayıb. Mütəxəssislər sözügedən cinayətlərin COVİD-19 pandemiyasından sonra ciddi şəkildə artdığını, buna görə də ABŞ-da yaşayan şərqi asiyalılara qarşı ümumi bir nifrət hərəkatının formalaşdığı iddialarını irəli sürüblər.
Qeyd edək ki, keçdiyimiz günlərdə ABŞ prezidenti Co Bayden çıxışlarının birində sözügedən məsələyə toxunaraq bildirmişdi: “Şərqi asiyalı vətəndaşlarımızın narahat olduqlarını bilirəm. Bu məsələdə hər kəsi istənilən nifrət və provakasiya tipli əməllərdən uzaq durmağa çağırır və cinayətkarların layiqli şəkildə cəzalandırılacağına inanıram”.
Kamran Xəlilov