Paşinyan Sarkisyanı ittiham etdi - “Danışıqların hara dirəndiyini bilirdi”

DÜNYA
17:30 / 20.03.2021
1340

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Serj Sarkisyanı ittiham edib.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan Araqatsotn səfərindəki çıxışında Sarkisyanı hakimiyyəti dövründə danışıqlar prosesi ilə bağlı suçlayıb.

"Baş nazir postunda cəmi bir həftə olduğum 2018-ci ilin mayından bəri Qarabağla bağlı məni günahlandırmağa başladılar. Niyə? Çünki danışıqların hara dirəndiyini bilirdilər", - deyə Paşinyan əlavə edib.

Paşinyan bununla Sarkisyanın dövründən danışıqlarda Ermənistan üçün arzuolunmaz vəziyyət yarandığına işarə edib.

0