Putin istirahət gününü Sibirdə belə keçirdi - FOTO

DÜNYA
09:16 / 22.03.2021
1313

Rusiya Prezidenti Vladimir Putin istirahət gününü Sibirdə keçirib. 

Ria Novosti-nin xəbərinə görə, dövlət başçısının mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu, Prezidentin Rusiya təbiətinə sevgisindən irəli gəlir. 

Tayqaya müdafiə naziri Sergey Şoyqu ilə birlikdə gedən Putin qayıqla çayda üzüb, balıq tutub, dağlarda gəzərək giləmeyvə yığıb. 

Səfər zamanı Şoyqu Prezidenti ağacdan müxtəlif əşyalar yonduğu emalatxanası ilə tanış edib.

1
Qafqazinfo.az