Ötən gün Türkiyə Mərkəzi Bankının sədri (TCMB) Naci Ağbalın vəzifəsindən azad edilməsindən sonra türk lirəsi dollar qarşısında dəyər itirib.
Asiya bazarlarında dollar 8,47 lirəyə qədər bahalaşıb. Səhər saatlarında isə 7, 78-ə düşən məzənnə daha sonra yenidən cüzi artımla 7,88 tl səviyyəsində qərarlaşıb. Həmçinin avronun da lirə qarşısında məzənnəsi bahalaşaraq 8,59-dan 9,26-ya qalxıb.
Qeyd edək ki, 2020-ci ilin noyabrında Mərkəzi Bankın sədri vəzifəsinə gətirilən Naci Ağbal 19 mart tarixində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən vəzifəsindən azad edilib. Sözügedən posta keçmiş millət vəkili Şahap Kavcıoğlu təyin olunub.
Qafqazinfo.az