2030-cu ilədək dünyanın 40 faizi qlobal su çatışmazlığı ilə qarşılaşacaq.
Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UNESCO-nun Baş direktoru Odre Azule xəbər verib.
Onun sözlərinə görə, pandemiyanın nəticələri daxil olmaqla, digər qlobal problemlər səbəbindən vəziyyət daha da pisləşəcək. Azule qeyd edib ki, dünya su ehtiyatlarının qorunması üçün kifayət qədər səy göstərmir.
Bununla yanaşı onların dəyərinin düzgün qiymətləndirilməsi məsələsi ortaya çıxıb. Belə ki, Baş direktorun sözlərinə görə, suyun maya dəyəri yalnız bazar qiyməti ilə deyil, həm də paylanmasının gətirə biləcəyi faydalarla ölçülməlidir.
Ancaq o da vurğulanıb ki, hazırda belə bir qiymətləndirməyə imkan verəcək və ümumi qəbul edilmiş bir model yoxdur.