Qazaxıstanın paytaxtı Nur-Sultanda davam edən çovğun və güclü külək hava nəqliyyatının da işinə əngəl törədib.
Çovğunlu hava şəraiti ilə əlaqədar olaraq beynəlxalq hava limanının qar təmizlənməsi səbəbindən uçuş zolağının bağlanması bu gün saat 24:00-a qədər uzadılıb.
Daha əvvəl hava limanında bir uçuşun ləğv edildiyi, iki reysin isə Almatıdakı alternativ hava limanına köçürüldüyü haqda məlumat verilmişdi.
Axar.az