NATO-ya üzv olan 30 ölkənin xarici işlər nazirləri Əfqanıstandan qoşunların çıxarılması barədə qərar qəbul etməyiblər.
HİT.az xəbər verir ki, bunu alyansın XİN rəhbərlərinin Brüsseldə keçirilən iclasının ilk gününün yekunları üzrə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Bu gün biz yekun qərar qəbul etmədik, lakin qərar verdik ki, qoşunlarımızın təhlükəsizliyini təmin edəcəyik", - deyə Y.Stoltenberq bildirib.