Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP sədri seçilib.
Hit.az xəbər verir ki, səsvermədə 1428 nəfər qurultay nümayəndəsi iştirak edib.
Ərdağan 1428 səsin hamısını alaraq yenidən AKP sədri olub.
Bundan başqa, partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə qaldırılıb və 75 nəfərlik yeni tərkib təsdiqlənib.
Heyət üzvlərindən 19 nəfəri qadın olub.