Çavuşoğludan S-400-lərlə bağlı açıqlama

DÜNYA
21:14 / 24.03.2021
1073

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə və ya ABŞ-da geniştərkibli iclas keçirmək məsələsində razılığa gəldiklərini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, NATO XİN rəhbərlərinin iclası üçün Brüsselə yollanan xarici siyasət idarəsinin rəhbəri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Nazir bildirib ki, E.Blinkenlə görüş konstruktiv şəraitdə gerçəkləşib:

“Bir çox məsələ açıqürəkliliklə müzakirə olundu. Ancaq tərəflər arasında bəzi məsələlərdə fikir ayrılıqları da var. ABŞ-da FETO-nun mövcudluğu kimi məsələlərin ikitərəfli münasibərlərə mənfi təsir göstərdiyini xatırlatdıq. Bu çərçivədə Türkiyənin gözləntilərini bird aha ifadə etdik”.

M.Çavuşoğlu S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb:

“S-400-lərin satın alındığını və bu işin tamamlandığını bir daha söylədik”.

Nazir Türkiyənin hava hücumundan müdafiəyə yönəlmiş ehtiyaclarını müttəfiqlərindən təmin etməyə müsbət yanaşdığını da dilə gətirib.

0
Qafqazinfo