Paşinyanı ələ salan general müdafiə nazirini məhkəməyə verdi

DÜNYA
21:50 / 24.03.2021
1082

Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş birinci müavini, baş nazir Nikol Paşinyanı ələ saldığına görə vəzifəsindən azad edilən general-leytenant Tiran Xaçatryan müdafiə nazirinə və baş qərargah rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, T.Xaçatryan müdafiə nazirinin, onu ehtiyata göndərməsi barədə əmrini qanunsuz hesab edir.

O, öz vəzifəsinə bərpa olunmasını istəyir.

Xatırladaq ki, prezident Armen Sarkisyan Xaçatryanın istefası barədə qərarı baş nazir Nikol Paşinyanın təklifi ilə 24 fevral tarixində qəbul edib. Mətbuat onun işdən çıxarılmasının səbəbini Paşinyanın döyüş əməliyyatları zamanı "İsgəndər" raketlərinin 10% partladığı barədə açıqlamasına verdiyi reaksiya ilə əlaqələndirib.

Belə ki, Xaçatryan jurnalistin bununla bağlı sualına gülüb və bu cür açıqlamaların sadəcə ciddi olmadığını qeyd edib: "Əlbəttə ki, mümkün deyil. Necə? İsgəndər? Bir atış? 10%? .. Bağışlayın, amma bu ciddi deyil".

0