Ermənistanda ümumxalq mitinqi keçiriləcək - "Hədəf dəyişməzdir"

DÜNYA
17:05 / 25.03.2021
994

Martın 28-də Ermənistanda ümumxalq mitinqi keçiriləcək. 

HİT.Az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə müxalif “Vətəni Xilasetmə Hərəkatı” bəyanat yayıb. 

Bəyanatda deyilir: “Əziz həmvətənlər, martın 28-də saat 15.00-da Baqramyan-Dəmirçiyan küçələrində ümumxalq mitinqi keçiriləcək. Mitinqdə Hərəkatın gələcək planları təqdim olunacaq. Bizim hədəflərimiz dəyişməzdir”.

“Vətəni Xilasetmə Hərəkatı” Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi ilə tanınır. Hərəkat buna qədər Ermənistan Baş nazirinin istefası tələbi ilə bir neçə kütləvi etiraz aksiyası keçirib. Təsisatın başında Vazgen Manukyan dayanır. O, Nikol Paşinyanın əsas rəqibi sayılır.

Bu il iyunun 20-də Ermənistanda siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar parlament seçkiləri keçiriləcək.

VÜQAR

1