Koronavirus vaksini daşıyan helikopter yandı

DÜNYA
21:25 / 25.03.2021
788

“Pfizer/BioNTech” koronavirus vaksinini daşıyan Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter təcili eniş etdikdən sonra alovlanıb.

Bu barədə “El Observador” qəzeti xəbər verib.

Qeyd olunub ki, helikopterdə 180 doza vaksin məhv olub. Peyvəndlər Roça şəhərinə aparmalı imiş. Lakin helikopter texniki problemlər səbəbindən şəhərdən 30 km aralıda təcili eniş etməyə məcbur olub.

Ekipaj üzvünün bir neçəsi yüngül xəsarət alıb.

0
Report