Arutyunyan Ayvazyanla görüşdü: diqqət çəkən məqamlar

DÜNYA
21:40 / 25.03.2021
1618

Qarabağdakı terrorçu rejimin başçısı, barəsində Azərbaycan hüquq mühafizə orqanları tərəfindən cinayət işi qaldırılmış Araik Arutyunyan martın 25-də yenidən İrəvanda peyda olub.

O, Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşüb. Məlumata görə, görüşdə humanitar məsələlər, sosial-iqtisadi problemlər müzakirə olunub. Bir daha Azərbaycan həbsxanalarında saxlanılan erməni terrorçuların məsələsindən danışılıb.

Ayvazyan-Arutyunyan görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bundan sonrakı proseslərdə iştirakının zəruriliyindən də bəhs olunub.

Görüşün İrəvanda keçirilməsi ondan xəbər verir ki, Azərbacanın dövlət başçısının sərt xəbərdarlığından sonra artıq A.Ayvazyanın Xankəndi şəhərinə yolu bağlanıb. Üstəlik, terrorçuların başçısı ilə görüşdə əski parçasının qoyulmaması da diqqət çəkir.

3
Musavat.com