İspaniyada 4 milyon avroluq telefon və planşet oğurlandı

DÜNYA
23:40 / 25.03.2021
903

İspaniya polisi içərisində 4 milyon avro məbləğində mal olan yük avtomobilinin oğurlanmasında şübhəli bilinən şəxsləri saxlayıb. Bu barədə “Europa Press” agentliyi məlumat yayıb. Məlum olub ki, saxlanılan şəxslər sürücü ilə əlbir olub. Araşdırma mart ayının əvvəllərində bir nəfərin müxtəlif mobil telefonlar və planşetlər daşıyan yük avtomobilinin oğurlanması barədə polisə məlumat verməsi ilə başlanılıb.

Sürücünün dediyinə görə, Qetafe bələdiyyəsi ərazisində bir neçə nəfər tapança ilə yük avtomobilinin qarşısını kəsib və onu nəqliyyat vasitəsini tərk etməyə məcbur ediblər. Qısa müddət ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları Alkorkon qəsəbəsi ərazisində qaçırılmış boş yük avtomobilini tapıblar, oğurlanan malların hamısı demək olar ki tapılıb. Faktla bağlı üç nəfər saxlanılıb.

0