Paşinyan Moskvaya gedəcək

DÜNYA
13:05 / 27.03.2021
1336

Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” bildirib.

Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.

Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o, cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.

Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bu, onlar arasında ikinci görüş olacaq.

44 günlük döyüşlərdən sonra birinci dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Xatırladaq ki, martın 26-da Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub. Onlar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə dair fikir mübadiləsi aparıblar.

0