“Facebook”  bu telekanalın səhifəsini bağladı - FOTO

DÜNYA
20:18 / 27.03.2021
1092

“Facebook” sosial şəbəkəsi İranın ingilisdilli “Press TV” kanalının səhifəsini birdəfəlik bağlayıb.

Bu barədə məlumat “Press TV”nin “Twitter” səhifəsində dərc edilib.

Telekanalın yaydığı açıqlamada qeyd olunur ki, dörd milyon abunəçisi olan səhifə heç bir xəbərdarlıq edilmədən bloklanıb.

“Facebook” səhifənin bağlanmasını sosial şəbəkənin icma qaydalarına riayət edilməməsi ilə əsaslandırıb.

0