Baydendən Çinin təşəbbüsünə qarşı alternativ təklif

DÜNYA
14:16 / 29.03.2021
1079

ABŞ Prezidenti Cozef  Bayden Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə “demokratik” alternativ təklif edir.

HİT.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlıamasında ABŞ Prezidenti özü deyib.

C.Bayden bildirib ki, o, Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbətində Çinin “Bir Kəmər, bir yol” təşəbbüsü ilə rəqabət aparacaq beynəlxalq bir infrastruktur layihənin inkişaf etdirmək təklifi verib: 

“Mən təklif etdim ki, dünyanın hər tərəfində köməyə həqiqətən ehtiyacı olan icmalara kömək etmək üçün demokratik ölkələrdən gələn oxşar bir təşəbbüsə sahib olmalıyıq”.

“Bir Kəmər, bir Yol” təşəbbüsü Çin hökuməti tərəfindən 2013-cü ildə 70-ə yaxın ölkədə və beynəlxalq təşkilatda bir çox infrastruktur və inkişaf layihəsinin maliyyələşdirilməsi yolu ilə ölkənin iqtisadi və siyasi təsirini genişləndirmək üçün qəbul edilmiş qlobal bir strategiyadır. 

Bayden Consonla həmçinin, birlikdə iqlim dəyişikliyi, ikitərəfli əməkdaşlıq və NATO əlaqələrini də müzakirə etdiklərini söyləyib.

VÜQAR

0