Livan şirkəti Ermənistanı məhkəməyə verdi

DÜNYA
20:22 / 29.03.2021
1253

Livanın "Sanitech Elias Doumet" şirkəti Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb.

Livan şirkəti Yerevan şəhərinin meri Ayk Marutyanı onların fəaliyyətinə qanunsuz xitam verməkdə ittiham edir.

Azvision.az xatırladır ki, "Sanitech Elias Doumet" şirkəti Ermənistan bazarından qovulduqdan sonra mer Ayk Marutyan onun əvəzində külli miqdarda vəsaiti olan yeni şirkət təsis edib. Merin şirkəti bütün vergilərdən azad olunub.

Erməni mediası yazır ki, Marutyan və qohumları dövlətdən mənimsədikləri vəsait hesabına şirkət üçün "KamAZ" markalı yük maşınları alıblar.

0