Təyyarə formalı çanta 66 minə satılır - FOTOLAR

DÜNYA
22:09 / 02.04.2021
1036

Paris moda həftəsi çərçivəsində məşhur "Louis Vuitton" brendinin dəfiləsi keçirilib.

HİT.az xəbər verir ki, qonaqların iştirak etmədiyi gecədə dizayner Virdcel Ablonun hazırladığı üst geyimlər və çantalar nümayiş olunub. Ən diqqət çəkən məqam isə brendin təyyarə formasındakı çantası olub. 

Aksessuar hazırda 39 min dollara (təxminən 66 min 300 manat) satışa çıxarılıb.

Qeyd edək ki, dəfilədə bir çox məşhur brendlər iştirak etməkdən imtina edib.

0