İranda koronavirusun 4-cü dalğası başladı

DÜNYA
16:35 / 03.04.2021
986

İran prezidenti Həsən Ruhani ölkədə yeni növ koronavirusun (COVID-19) dördüncü dalğasının başladığını bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Amma qeyd edək ki, dördüncü dalğanın başladığı vilayətlərin adını açıqlamayıb:

"Təəssüf ki, dördüncü dalğa iki vilayətdə başlayıb və biz əgər tibbi protokola  əməl etməsək, digər vilayətlərdə də başlaya bilər”

Qeyd edək ki, son günlərdə İranda koronavirus infeksiyasına yoluxma sayında artım müşahidə olunur. 

0