Professordan xəbərdarlıq: Sürətlə artan yoluxma...

DÜNYA
21:17 / 03.04.2021
5146

Ankara Universiteti Tibb Fakültəsinin Yoluxucu Xəstəliklər Bölümünün başqanı professor İsmayıl Balıq dünyada COVİD-19-a yoluxma sayında artımın ən əhəmiyyətli faktorunun Britaniya ştammı olduğunu bildirib.

 Britaniya ştammının çox asanlıqla ötürüldüyünü izah edən İsmayıl Balıq dumu belə izah edib.

"Bu ştammın yoluxuculuq qabiliyyəti 40-70 faizdir, lakin öldürmə qabiliyyəti virusun mutasiyaya uğrayaman variantı kimidir. Britaniya ştammı köhnə virusdan fərqli olaraq gəncləri və uşaqları da təsir altına ala bilir”.

Fərdi tədbirlərin epidemiya ilə mübarizədə daha çox əhəmiyyət qazandığını vurğulayan İ.Balıq maskalar, məsafə və gigiyena ilə yanaşı sosial məsafənin də önəmli olduğuna diqqət çəkib. İ.Balıq sürətlə ötürülən virusların insanların çox olduğu yerləri sevdiyini ifadə edib.

Britaniya ştammının bütün dünyada dominant virus halına gəldiyini ifadə edən İsmayıl Balıq bunun COVİD-19 epidemiyasını davam etdirən virus olduğunu da açıqlayıb.

Həkim bu növ virusların həddindən artıq mutasiya qabiliyyətinə sahib olduğunu da qeyd edib:

"Mutasiya riskini artıran ən vacib amil xüsusilə infeksiyanın yayılmasıdır. İndiki proses yeni mutasiyalara hamilədir. Bu mutasiyalar Britaniya ştammı kimi aqressiv yox, daha yaxşı ola bilər və bu virus bir müddət sonra özü epidemiyaya son verə bilər.

Bundan əlavə, xəstəlik bir yerdə nə qədər çox yayılarsa, həmin bölgədə bənzərsiz bir mutasiya ehtimalı da bir o qədər yüksəkdir”.

0
Axar.az