İordaniyada dövlət çevrilişinə cəhd edilib: Saxlanılanlar var

DÜNYA
23:54 / 03.04.2021
1183

Bu gün İordaniyada dövlət çevrilişinə cəhddə şübhəli bilinən iyirmidən çox adam həbs olunub.

Bu barədə “Washington Post” nəşri xəbər yayıb.

Saxlanılanlar arasında ölkənin keçmiş vəliəhdi Həmzə bin Hüseyn, mərhum Kral Hüseynin böyük oğlu və dördüncü həyat yoldaşından olan Nur adlı oğlu var.

Vəliəhd ev dustaqlığına göndərilib.

Hüquq-mühafizə orqanları onun böyük ögey qardaşı II Kral Abdullahı devirmək planının müəlliflərindən biri olduğunı iddia edirlər.

Qeyd olunur ki, dövlət çevrilişində bir sıra qəbilələrin liderləri də iştiraka cəhd edib.

Həbslərin bununla bitməyəcəyi, təhlükəsizlik qüvvələri dövlət çevirilişi iştirakçılarını müəyyənləşdirməyə davam etdikləri qeyd olunur.

1
oxu.az