"Forbes"jurnalı 2021-ci ildə dünyanın 10 ən varlı ərəb biznesmenin adını açıqlayıb.
Siyahıya “Adidas” idman geyimləri və avadanlıqları istehsal edən şirkətin səhmlərinin payçısı, habelə ABŞ-ın Texas və Ayova ştatlarında fabriklərə sahib olan misirli biznesmen Nassif Saviris başçılıq edir. Onun 8,3 milyard dollar sərvəti var. Nassifin qardaşı Macuib Saviris 3,2 milyard dollar sərvətlə 4-cü yeri tutur. İkinci ən varlı ərəb biznesmeni əlcəzairli İssad Rebrab (4,8 milyard dollar), üçüncü isə Birləşmiş Ərəb Əmirliklərinin iş adamı Məcid əl-Futtaimdir (3,6 milyard dollar). Siyahıda Qətər, Oman və Livan mənşəli biznesmenlər də yer alıb. Qlobal miqyasda isə “Forbes” Ceff Bezosu dördüncü dəfə ard-arda dünyanın ən varlı adamı elan edib. Onun sərvəti 177 milyard dollara çatıb. Dünyanın ikinci ən varlı biznesmeni isə 151 milyard dollar sərvəti ilə İlon Mask olub.