Avropa İttifaqı COVID-19 virusunun mövcud və gələcəkdə yarana biləcək mutasiyalarından qorunmaq üçün daha 1,8 milyon doza təkmilləşdirilmiş
Hit.az “Die Welt”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasındakı mənbələr bildirib.
Belə ki, Komissiya böyük dərman istehsalçılarından biri ilə peyvənd tədarükünə dair ilkin müqavilə imzalamaq niyyətini üzv ölkələrə bildirib. Uşaq və yeniyetmələr üçün də tətbiqi mümkün olan peyvəndin ilk partiyası cari ildə, qalan hissəsi qarşıdakı iki il ərzində tədarük olunmalıdır. Bu zaman Avropanın özündə istehsal olunan dərmanlara üstünlük veriləcək.
Dərman tədarükü üçün əvvəla “BioNTech”/“Pfizer” konsorsiumu ilə danışıqlar aparmaq nəzərdə tutulur.