Bayden administrasiyası ABŞ-ın 2022-ci ildəki hərbi xərcləri üçün Konqresdən 715 milyard dollar tələb edir.
TASS xəbər verir ki, Ağ Ev konqresmenlərə büdcə təkliflərini göndərib. Sənəddə hərbi xərclərin prioritet istiqaməti kimi Çinə qarşı tədbirlər göstərilib. Bununla yanaşı, Pentaqonun “Rusiyanın sabitliyin pozulmasına yönəlik fəaliyyətini” də nəzərdən qaçırmadığı qeyd olunub.
Qeyd edək ki, ABŞ-ın cari ildəki hərbi büdcəsi 740.5 milyard dollar təşkil edib.