Kim Çen In təhsil nazirini edam etdirdi

DÜNYA
17:05 / 10.04.2021
1262

Şimali Koreya lideri Kim Çen Inın öz nazirini edam etdirdiyi iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” və “New York Post”da məlumatlar dərc olunub.

Bildirilib ki, Kim Çen In təhsil nazirini “kifayət qədər görüntülü zəng həyata keçirmədiyi” üçün edam etdirib.

Nazir rejimin prinsiplərini tətbiq etməkdə uğursuz hesab olunub, bundan başqa, o, nazirliyin iş yükündən də şikayətçi olub.

Nazirin adı yayımlanan xəbərlərdə Park olaraq keçib və 50 yaşında olduğu vurğulanıb.

0