Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana qarşı

DÜNYA
12:35 / 13.04.2021
1495

Ermənistanda 20 iyun növbədənkənar parlament seçkiləri öncəsi qeyri-müəyyənlik davam edir.

Ermənistanın “Qraparak” qəzeti xəbər verir ki, müxalif qüvvələr bir neçə blokla seçilərə qatılacaq.

“Bu günlərdə müxalifət iri birliklərin yaradıla bilməməsindən məyus olublar. Amma kiçik siyasi birliklər də formalaşmaya bilər. Kuluarlarda bu birləşməyə mane olan 2 əsas fiqurun – Robert Koçaryan və Serj Sarkisyanın adı çəkilir. Deyilənə görə onlar Nikol Paşinyandan çox bir-biri ilə mübarizə aparmaqla məşğul olurlar”- deyə “Qraparak” yazır.

“Qraparak” Serj Sarkisyanın hakimiyyətə iddialı olmadığını yazsa da, siyasi komandasının yeni hakimiyyətdə mövqelərinin möhkəm olmasına çalışır.

“Eyni zamanda o, Robert Koçaryanın yenidən hakimiyyətə qayıtmasına mane olmaq istəyir. Koçaryan isə çox əsassız ambisiyalara malikdir və çox az siyasi qüvvə onunla danışıqlara gedir”.

0
Modern.az