Ermənistanın Baş naziri Nikol Paşinyan çaşaraq Rusiya Prezidenti Vladimir Putini Fransa lideri adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu biabırçılıq o, Parlamentdə Qarabağdakı münaqişənin böyüməsi tarixindən danışarkən baş verib.
O, 2020-ci ilin payızında əldə edilən üç razılaşmanın detallarından bəhs edib. Onlar Dağlıq Qarabağdakı atəşkəslə bağlı olub.
"1 oktyabrda ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Fransa prezidenti Vladimir Putin tərəfindən verilən açıqlamaya uyğun olaraq..." – həmin məqamda Paşinyan deyib.
Bundan sonra bu ifadə sosial şəbəkələrdə geniş yayılıb.
Bu arada Paşinyan Rusiya ilə onlarla müqavilə ilə möhkəmlənmiş hərbi ittifaqın respublikanın xarici təhlükəsizliyinin təməli olduğunu da deyib. Beləliklə, baş nazirin vurğuladığına görə, "Ermənistana hücum Rusiyaya hücum deməkdir”.