“Moskva tezliklə ABŞ-ın yeni sanksiyalarına öz cavabını verəcək”.
HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib:
“Bizim cavabımız qaçılmazdır və o hazırlanır. Siz onu tezliklə biləcəksiniz. Ekspertlərimiz hazırda birbaşa cavab addımlarının hazırlanması ilə məşğuldurlar”.
Zaxarova qeyd edib ki, Vaşinqton yeni anti-Rusiya sanksiyalarını tətbiq edərək sadəcə Moskva ilə münasibətləri pozmağa çalışır.