Rostov vilayətinin Aksay rayonunun administrasiya başçısı Vitali Borzenko Kislovodskda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Hit.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Borzenko azərbaycanlı iş adamı Kərim Babayevin yaratdığı cinayətkar dəstədə iştirak etməklə dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.
Müstəntiqlərə görə, qrup qanunsuz bazarlara nəzarət edir və 20 ildir çirkli pulların yuyulması ilə məşğuldur. Onların vurduğu maddi zərərin miqdarı 600 milyon rubldan yüksək qiymətləndirilir. İndiyə qədər qaçmağa müvəffəq olan Kərim Babayev və oğullarından başqa, cinayətkar qrupun üzvləri olduğu iddia edilənlərin hamısı saxlanılıb.