Rusiya səkkiz ABŞ vətəndaşının ölkəyə girişini yasaqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, Rusiya XİN-in yayımladığı “qara siyahı”da yer alan şəxslər bunlardır:
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas
Baş prokuror Merrik Qarland
Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbacal
ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls
ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns
Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, ABŞ prezidentinin daxili siyasət üzrə müşaviri Suzan Rays.