“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

DÜNYA
17:54 / 17.04.2021
1248

Baş nazir Nikol Paşinyan ölkəsinin təhlükəsizlik sisteminin Ermənistan-Rusiya strateji və hərbi ittifaqına əsaslandığını bəyan edib.

Unikal.org xəbər verir ki, bu barədə o, Vayotszor bölgəsində sakinlərlə görüş zamanı bildirib.

"Ölkəmizin təhlükəsizlik sistemi Ermənistan-Rusiya strateji və hərbi-siyasi ittifaqına əsaslanır", - deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Rusiya ortaq qoşun birləşməsi və Qafqaz bölgəsində vahid hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir:

"Bu razılaşmaların məntiqinə görə, Ermənistana hücum Rusiya Federasiyasına hücum deməkdir və burada bizim vahid təhlükəsizlik sistemimiz mövcuddur”.

0