“Fevral ayında baş verən hərbi çevrilişdən bu yana 71 jurnalist Myanma rəhbərliyi tərəfindən həbs olunub, təxminən 24 nəfər saxta xəbər yaymaqda günahlandırılır”.
Hit.az bildirir ki, bu barədə BMT-nin Baş katibinin mətbuat xidmətinin rəhbəri Stefane Dujarric jurnalistlərlə keçirdiyi brifinqdə deyib. Mətbuat katibi canlı sursat da daxil olmaqla uşaqlara qarşı davamlı güc tətbiqi barədə məlumatların Birləşmiş Millətlər Təşkilatını ciddi şəkildə narahat etdiyini qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ən yüksək səlahiyyətli rəsmisi ötən hətfə xəbərdarlıq edərək, nüfuzu olan dövlətləri mülkü şəxslərə qarşı qırğını dayandırmaq üçün təcili və təsirli tədbirlər görməyə çağırıb. Deyib ki, Myanmada davam edən etiraz repressiyaları, Suriyaya bərabər geniş miqyaslı qarşıdurmaya səbəb ola bilər.
Hərbiçilərin fevralın 1-də hökuməti devirdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən təzyiqlər nəticəsində 700-dən çox insanın öldüyü bildirilir, qarşıdurmada minlərlə insan yaralanıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına görə, 3080 nəfər həbs edilib, dörd nəfər etirazçı və 19 nəfər siyasi və cinayət ittihamı ilə daxil olmaqla 23 nəfərin gizli məhkəmələrdə edama məhkum edilib.
VÜQAR