Ermənistanın cənubundakı Sünik (Zəngəzur) bölgəsində baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir.
HİT.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Mehriyə gəlib. Buna etiraz edən yerli sakinlər ondan dərhal şəhəri tərk etməsini istəyiblər. Hadisə yerində Paşinyanın bir qrup tərəfdarı ilə əleyhdarı arasında dava düşüb.