Zəngəzurda kütləvi həbslər olacaq - Anna Akopyan əmr verdi

DÜNYA
21:49 / 21.04.2021
1900

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana zəng edərək, aqressiv şəkildə ondan Paşinyanın Sünik (Zəngəzur) səfərini məhv edən aktivistlərin həbsini tələb edib.

Hit.az xəbər verir ki, bu məlumatı "Dejavü” teleqram kanalı yayıb.

O, Abazyanı MTX-nın səssiz şəkildə olanları izləməsinə görə tənqid edib.

Akopyan, həmçinin Abazyanı təhdid edərək, əmri icra etməyəcəyi təqdirdə işdən qovulacağını bildirib.

Ermənistanın I xanımı belə davam edəcəyi halda bölgələrdə seçkiqabağı kampaniyanın aparılmasının mümkünsüz olacağını və narazılığın hər yerə yayılacağını deyib.

Kanal Abazyanın artıq əmrin icrasına başladığını və gecə Zəngəzurda geniş həbslər olacağını yazıb.

Qeyd edək ki, Paşinyanın ötən gecə gözlənilmədən Sünikə (Zəngəzur) səfəri yerli əhalinin etirazları ilə müşayiət olunub.(Axar.az)

0