Ermənistanda xunta rejimi qurmağa cəhd edilir - Ambartsumyan

DÜNYA
14:51 / 23.04.2021
1343

Ermənistanın keçmiş Milli Təhlükəsizlik naziri Mikael Ambartsumyan bildirib ki, ölkədə xunta rejimi qurmağa cəhd edilir. 

HİT.Az xəbər verir ki, Ambartsumyan bu fikirləri Baş nazir Nikol Paşinyanın Sünikə səfərindən sonra güc strukturlarındakı təyinatlarını dəyərləndirərkən deyib. 

“Deyəsən, ölkədə diktatura, xunta rejimi qurmağa cəhd edilir. Əminəm ki, vətəndaşlar buna dözməyəcəklər. 

Prokurorluqdan və hüquq-mühafizə orqanlarından olan həmkarlarımın insani, vətənpərvər, peşəkar keyfiyyətlərini bildiyim üçün onların bu biabırçı və dağıdıcı prosesin iştirakçısı olacağına inanmaq istəmirəm. Sadəcə, insanların küçələrə çıxmasının, hökumət başçısının və onun yaxın ətrafının ictimai, yaxud dar çevrədə təhqir edilməlisinin səbəblərini anlamalısınız. Yenə deyirəm, bunu anlamalı və bütün bunlardan nəticə çıxarmalısan, insanların ağzını təzyiqlə, zorakı metodlarla bağlamağa çalışmamalısan. Çünki heç bir nəticəsi oilmayacaq. Əksinə, bu taleyüklü anda dövləti daha da zəiflədəcəyik”, - deyə keçmiş nazir bildirib.

VÜQAR

0