Bu meyvənin xərçəngə qarşı faydalı olduğu sübut edildi

DÜNYA
18:59 / 23.04.2021
2380

Alma yeməyin orqanizmə faydalı təsiri var. Almada çox miqdarda lif olduğundan bağırsaqları təmizləyir. Bundan başqa bu meyvənin tərkibində dəmir də var, dəmir ətdən daha çox mənimsənilsə də, ət yeməyənlər vacib bir mikroelement almaq üçün alma yeyə bilərlər.

Qaynarinfo xəbər verir ki, bu sözləri diyetoloq Olqa Şmelyeva Zvezda TV kanalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, almada həmçinin minimum miqdarda fruktoza var, buna görə də insulin asılılığı olan və kökəlməkdən qorxan insanlar şübhəsiz bu meyvəni yeyə bilərlər. Alma aşağı kalorilidir, buna görə hər gün yeyilə bilər. Alma ilə qəlyanaltılar da çox yaxşıdır.

Bundan əlavə, alma xərçəngin qarşısının alınmasında faydalı olan antioksidanlar ehtiva edir. Bu antioksidanlar arasında alma içərisində bol olan C vitamini də var. Sink, manqan və E vitamini də vacib antioksidanlardır.

0