Ermənistanda “soyqırımı abidəsi”ndə biabırçı vəziyyət - VİDEO

DÜNYA
15:57 / 24.04.2021
2411

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Armen Sarkisyan qondarma "erməni soyqırımı" abidəsini ziyarət edən zaman qalmaqal yaşanıb.

Azvision.az xəbər verir ki, ölkə rəhbərliyi abidə önünə əklil qoyduğu üçün polislər sıravi vətəndaşların əraziyə yaxınlaşmasına imkan verməyiblər. Bundan hiddətlənən ermənilər "soyqırımı qurbanlarının" xatirəsinə hörmət əlaməti olaraq gətirdikləri gülləri nümayişkaranə şəkildə yerə ataraq geri qayıdıblar.

"Bu gün böyük ayıb yaşandı. Polis insanların Çiçernakaberd kompleksinə yaxınlaşmasını qadağan etdi. Çünki orada Nikol Paşinyan var idi. Hətta belə bir gündə ölkə rəhbəri ilə sadə ermənilər arasında məsafə saxlayan polislər vətəndaşları hiddətləndirməyi bacardılar.
Bu süni əngəllərdən qəzəblənən şəhər sakinləri polisin qurduğu maneələrin yanında gözləməyə etiraz edərək özləri ilə gətirdikləri çiçəkləri ayaqlar altına atıb oradan uzaqlaşdılar", - deyə erməni mediyası yazıb.

0