Dünyada koronavirusa günlük yoluxma sayında REKORD

DÜNYA
23:58 / 24.04.2021
1043

Son sutkada 893 mindən çox koronavirusa yoluxma qeydə alınıb.

HİT.az xəbər verir ki, bu, dünyada koronavirusa yoluxmada günlük rekorddur.

Bundan öncə ən yüksək göstərici yanvarın 8-də qeydə alınmışdı – 819 min yoluxma.

Dünya miqyasında yoluxma sayının artması Hindistanda yaşanan qorxunc yoluxma sayı ilə əlaqələndirilir.

Ümumilikdə, dünyada koronavirusa yoluxma sayı 146 milyonu ötüb.

0