Qırğızıstan hakimiyyəti Tacikistanla sərhədyanı məntəqədən 27 358 nəfər vətəndaşını təxliyə edib.
“Report” “24.kg”yə istinadən xəbər verir ki, bunu Qırğız Respublikası səhiyyə nazirinin birinci müavini Aliza Soltonbekov mayın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təxliyə edilənlərə psixoterapevt və psixoloq qrupu yardım edir:
“Onlara pulsuz tibbi xidmət göstərilir. Arka, Ak-Tatır, Samarkandek, Janı-Jer, Kulundu kəndlərinin sakinləri təxliyə olunub” .
O, aprelin 28 və 29-da Tacikstan sərhədçilərinin açdığı atəş nəticəsində yaralana 163 nəfərin tibbi yardım üçün müraciət etdiyini, 33 nəfərin isə öldüyünü bildirib.