İraqda aviabazaya raket hücumu oldu

DÜNYA
20:29 / 04.05.2021
1384

İraqın qərbində Anbar əyalətində “Ayn-əl-Əsəd” aviabazası raket atəşinə tutulub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti açıqlama yayıb. 2 ədəd “Katyuşa” raketi aviabazada boş sahəyə düşüb. Ölən olmadığı bildirilir.

Qeyd edək ki, Bağdaddan 160 kilometr şimalda yerləşən “Ayn-əl-Əsəd” ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası ordusunun ölkədəki yeganə bazasıdır.

0