Lavrov Ermənistandadır

DÜNYA
23:48 / 05.05.2021
1539

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda ikigünlük rəsmi səfərdədir.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, rusiyalı naziri Yerevan hava limanında erməni həmkarı Ara Ayvazyan və hər iki ölkənin səfirləri Vardan Toqanyanla Sergey Kopırkın qarşılayıblar.

Lavrovun səfərinin ikinci günündə Baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanla görüşü olacaq.

Qeyd edək ki, Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana gələcək.

1