SOS: Koronavirusdan sağalan şəxslər bunu etməsin!

DÜNYA
22:22 / 07.05.2021
1978

Moskvanın baş narkoloqu Yevgeni Bryun koronavirusa yoluxan şəxslərə spirtli içkidən imtina etməyi tövsiyə edib.

Oxu24.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert viral intoksikasiyadan əlavə, alkoqolun da bədəni zəhərlədiyini bildirib.

"Koronavirus də daxil olmaqla, hər hansı viral xəstəlik intoksikasiyadır. Buraya alkoqol intoksiyası əlavə olunduğu zaman bütün biokimyəvi harmonik mənzərə pozulur", - mütəxəssis izah edib.

Virusdan sağalan bəzi şəxslər sağlamlıqlarına yenidən laqeyd yanaşmağa və pis vərdişlərə qayıtmağa başlayırlar. Ekspertlərin sözlərinə görə, xəstəlik səbəbilə damarlar virus tərəfindən ciddi hücuma məruz qalır və bu səbəbdən sağaldıqdan sonra orqanizmi spirtli içki ilə yükləmək olmaz.

"Alkoqol istisna edilməlidir. Bəzi italiyalı həkimlər bir badə şərabın zərərli olmadığını söyləyirlər. Ancaq reabilitasiya prosesinin ilk mərhələlərində alkoqolun əks təsirinin olduğunu bilmək vacibdir.

Koronavirusdan sonra reabilitasiya zamanı düzgün qidalanma xüsusilə vacibdir. Sağalan xəstələr D vitamini səviyyəsini izləməlidirlər: əgər testlər bunun kifayət olmadığını göstərərsə, vitamin qəbul etmək lazımdır", - rusiyalı alim Anastasiya Samkova bildirib.

0