İsraildən beynəlxalq ictimaiyyətə çağırış

DÜNYA
16:25 / 11.05.2021
1333

İsrail Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti ölkədəki mülki insanlara qarşı raket hücumlarını qınamağa və özünümüdafiə hüququnu dəstəkləməyə çağırıb.

“RİA Novosti” bu barədə İsrail XİN-in bəyanatına istinadən xəbər yayıb:

“Biz beynəlxalq cəmiyyəti İsrail vətəndaşlarına qarşı raket hücumlarını və Fələstin terrorizmini mümkün qədər sərt şəkildə qınamağa və İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə çağırırıq. “Həmas” və Fələstinin Qəzza zolağındakı digər terror təşkilatları İsrail ərazilərinə intensiv raket atışları həyata keçirir, yalnız mülki obyektlərə və yaşayış məntəqələrinə zərbə vurmağa çalışırlar”.

İsrail dövlətinin vətəndaşlarını qorumaq üçün lazımlı addımları atacağı və ölkənin mülki əhalisinə qarşı hücumların cavabsız qalmayacağı vurğulanır.

Bəyanatda xüsusi olaraq qeyd edilir ki, İsrail Qüdsdəki vəziyyəti düzəltməyə çalışır.

1
Oxu.az