Rusiya Rumıniyadakı diplomatının deportasiya edilməsinə cavab olaraq Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşenin köməkçisi Q.İliyeskunu "persona non qrata" elan edib.
" "RİA Novosti" xəbər verir ki, rumın səfir Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq bu barədə məlumatlandırılıb.
İliyesku 72 saat ərzində Rusiya ərazisini tərk etməlidir.