İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk

DÜNYA
18:11 / 15.05.2021
1757

Təl-Əviv universitetinin alimləri dovşan ürəyi ölçüsündə kiçik canlı ürək çap etməyi bacarıblar.

Medicina.az xəbər verir ki, ürək insan ürəyi toxumasından alınıb. Hələ ki, o mini ölçüdədir. Amma yaxın gələcəkdə insan ürəyi ölçüsündə çap edilə biləcək.

“Dünyada ilk dəfə laboratoriyada müasir tibbin qarşısında duran daha bir tapşırıq uğurla baş tutdu: 3D printerdə canlı ürək cap edildi. Bu tədqiqat gələcəkdə insanların ürək köçürülməsi üçün donor orqan gözləməsini aradan qaldıracaq.

Ürəyə ehtiyacı olan xəstələr üçün elə xəstəxanadaca printerdə orqan cap ediləcək. Bunun üçün hər xəstənin öz ürəyinin kiçik toxumasından istifadə edilə bilər”.

0