Ermənistanın keçmiş ədliyyə naziri Arpin Ovanesyan ölkəsinin təhlükəli vəziyyətlə üzləşdiyini bildirib.
Azvision.az xəbər verir ki, Ovanesyan ağır durumda olduqlarını etiraf edib. Onun sözlərinə görə, hazırda Ermənistanda yaşamaq
vətəndaşlar üçün təhlükəlidir.
"Artıq Ermənistanda yaşamaq təhlükəlidir. İndi Sünikdə (Zəngəzur-red), Geqarkunikdə olduğu kimi qısa müddətdən sonra hər yerdə
təhlükəli olacaq. Hökumət Ermənistanın təhlükəsizliyini təmin edə bilməz .Onlar bunu heç istəmirlər də. Ermənistan istiyə atılmış
dondurma kimi əriyir”, - deyə sabiq nazir vurğulayıb.